Yunanıstanda keçirilən ümumi seçkilərdə son 4 ildə təkbaşına hakimiyyətdə olan Kiryakos Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası parlamentdə çoxluğu qazanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, qutuların 97,75 faizlə açıldığı qeyri-rəsmi nəticələrdən sonra Yeni Demokratiya Partiyası 40,56 faizlə 300 yerlik parlamentə 158 deputat göndərmək hüququ qazanıb.
Prezidentlikdən verilən açıqlamada, prezident Katerina Sakelaropulunun hökuməti qurmaq vəzifəsini vermək üçün sabah Mitsotakisi qəbul edəcəyi bildirilib.