Əsas məzmuna keç

Yollarda yeni elektron tərəzilər quraşdırılır

Yollarda yeni elektron tərəzilər quraşdırılır

AYNA aprelin 2-dən Ağstafa, Gəncə və Mingəçevir magistrallarında çəki nəzarətinə başlayır. Qaydaları pozan sürücüləri hansı cərimələr gözləyir? Detallar burada.

en ru

Aprelin 2-dən etibarən Azərbaycanda ümumi istifadədə olan yollarında quraşdırılmış yeni elektron tərəzilər rəsmən istismara veriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Yeni elektron tərəzilər hansı yollarda quraşdırılacaq?

Məlumata görə, nəqliyyat vasitələrinin çəkisini tənzimləyəcək elektron tərəzilər aşağıdakı əsas magistral yollarda və istiqamətlərdə fəaliyyət göstərəcək:

  • M-2 Bakı – Ələt – – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Bakı istiqaməti, S18, Ağstafa);
  • M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Qazax istiqaməti, S19, Ağstafa);
  • M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Bakı istiqaməti, S20, );
  • M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Qazax istiqaməti, S21, Gəncə);
  • R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Bakı istiqaməti, S22, Mingəçevir);
  • R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Mingəçevir istiqaməti, S23).

Sürücüləri hansı qaydalar və cərimələr gözləyir?

AYNA sürücülərdən nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və oxa düşən kütlə normalarına ciddi riayət etmələrini xüsusi olaraq xahiş edib.

Rəsmi xəbərdarlıqda bildirilir ki, müəyyən edilmiş qaydaların pozulması hallarında sürücülər və daşıyıcı şirkətlər üçün qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət nəzərdə tutulur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…