Əsas məzmuna keç

Yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlanıb

Yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlanıb

Sosial şəbəkələrdə paytaxt ərazisində "Toyota Prius" markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, mayoru Anar "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirib ki, görüntülər əsasında Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb.

Onun üzərindən heroin aşkar edilib.

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…