Əsas məzmuna keç

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin səfərdən qayıdan yol hərəkəti iştirakçılarına müraciətində bildirilir. “Baş Dövlət Yol Polisi İdarəsi Novruz...

Bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin səfərdən qayıdan iştirakçılarına müraciətində bildirilir.

“Baş Dövlət Yol Polisi İdarəsi Novruz şənliklərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, sürücülərdən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sərnişinlərdən isə belə hallara qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə .

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısamüddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər”, - deyə müraciətdə qeyd olunub.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 26 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 27 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 79 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…