Əsas məzmuna keç

Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət İdarəsi dumanlı ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən məlumat verilib.

Müraciətdə bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…