Əsas məzmuna keç

Yol polisi bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Yol polisi bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Qarşıdakı qeyri-iş günlərində avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi...

Qarşıdakı qeyri-iş günlərində yollarında axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət İdarəsinin qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyəsində qeyd olunub.

Bildirilib ki, DYP hərəkət intensivliyinin artması fonunda qabaqlayıcı tədbirlər görməklə yanaşı səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, mümkün qədər günün işıqlı vaxtı yola tövsiyə edir:

"Bununla yanaşı, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməli, hərəkət zamanı sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalıdırlar. Dəyərli sürücülər, yolboyu nümunəvi davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun. Tövsiyələrə riayət etməklə tətil günlərinizin yaddaqalan olmasına töhfə verin!".

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 38 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 39 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 58 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…