Fransa Hind-Sakit okean koloniyası olan Yeni Kaledoniyada komendant saatını iyulun 22-dək uzadıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yeni Kaledoniya Ali Komissiyasının yaydığı açıqlamaya görə, yerli vaxtla 20.00-06.00 arasında qüvvədə olan komendant saatı iyulun 22-dək uzadılıb. Adada eyni tarixə qədər silah satışı və daşınması, eləcə də spirtli içkilərin satışı ilə bağlı qadağalar davam edəcək.
Xatırladaq ki, Paris administrasiyası daha əvvəl adada komendant saatını iyulun 15-dək uzadıb.