Operativ Məlumat Mərkəzi

Yəməndə qızılca 77 uşağın ölümünə səbəb olub

2 dəq
Paylaş:
Yəməndə qızılca 77 uşağın ölümünə səbəb olub
BMT-nin Yəməndəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) verdiyi yazılı açıqlamada, ölkədə qızılca epidemiyasının yayılması ilə bağlı...

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin əvvəlindən Yəməndə 9 mindən çox insanın qızılcaya yoluxduğunu və 77 uşağın bu xəstəlikdən dünyasını dəyişdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Yəməndəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) verdiyi yazılı açıqlamada, ölkədə qızılca epidemiyasının yayılması ilə bağlı rəqəmlərin həyəcan verici olduğunu qeyd edib.

Bildirilib ki, qızılca ilə yanaşı, difteriyaya da yoluxma və belə xəstəliklərdən ölüm halları artıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 19-da verdiyi açıqlamada Yəməndə qızılca və poliomielit hadisələrinin yayıldığı barədə xəbərdarlıq edib .

Açıqlamada xatırladılıb ki, 2022-ci ildə Yəməndə təxminən 22 min qızılca hadisəsi aşkarlanıb, 160 nəfər ölüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər