ABŞ ikinci döyüş gəmisini Yaxın Şərqə göndərdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məsələ ilə bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, USS Carl Vinson döyüş gəmisi USS Harry S. Truman döyüş gəmisi ilə birlikdə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında xidmət edir.