Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq
27.11.2024 08:11
Aa
dəq

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Azəriqaz" İB-dən bildirilib.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Həftənin ən çox oxunanları