Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət məhdudlaşıb

Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət məhdudlaşıb
05.05.2023 16:05
Aa
dəq

Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib.

Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.

Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, məsələ ilə bağlı adiyyatı üzrə müvafi dövlət qurmları məlumatlandırlıb.

Məlumata görə, torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu