Yaponiyanın Kaqosima bölgəsində yaxınlaşan "Şanşan" tayfunu ilə əlaqədar fövqəladə xəbərdarlıq elan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" NHK dövlət televiziyasına istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) "Şanşan" qasırğasının sürətinin saatda 250 kilometrə çatdığını açıqlayıb.
Bölgə sakinlərinə güclü külək və yüksək dalğalara hazır olmaları barədə xəbərdarlıq edən JMA, tayfunun yaşayış yerlərini məhv edəcək qədər güclü küləklərə səbəb ola biləcəyini bildirib.