Operativ Məlumat Mərkəzi

Yaponiyanın Baş naziri Fumio Kisida tüstü bombası atıldıqdan sonra evakuasiya edilib

2 dəq
Paylaş:
Yaponiyanın Baş naziri Fumio Kisida tüstü bombası atıldıqdan sonra evakuasiya edilib
cənab Kisidanın çıxış etməli olduğu Vakayamada hadisə yerində bir nəfər saxlanılıb. Şahid, bir insanın bir şey atdığını, ardınca tüstü çıxdığını...

Yaponiyanın Baş naziri Fumio Kisida, tüstü bombasına bənzər bir şey atıldıqdan sonra ictimai tədbirdən sağ-salamat təxliyə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istindən xəbər verir ki, cənab Kisidanın çıxış etməli olduğu Vakayamada hadisə yerində bir nəfər saxlanılıb. Şahid, bir insanın bir şey atdığını, ardınca tüstü çıxdığını gördüklərini, digəri isə güclü bir partlayış eşitdiklərini söyləyib.

Cənab Kisida seçki kampaniyası çərçivəsində Vakayamadakı balıqçı limanını ziyarət etdikdən sonra nitq söyləməyə başlayarkən ona bir əşya atılıb. Hadisə yerində olan qadın NHK-ya dedi: "Mən məəttəl qaldım. Ürəyim hələ də sürətlə döyünür." Havada uçan bir cisim gördüyünü söyləyən adam, bunun onlara "pis bir hiss verdiyini, buna görə inanılmaz dərəcədə sürətli qaçdığımızı" söyləyib.

Cənab Kisida Liberal Demokrat Partiyasının üzvü Hirosi Moriyama dedi: "demokratiyanın əsasını təşkil edən seçki kampaniyasının ortasında belə bir şeyin baş verməsi təəssüf doğurur. Bu bağışlanmaz bir vəhşilikdir". Yaponiyada şiddətli hücumlar olduqca nadirdir.

Saxlanılan şəxs biznesin aparılmasına mane olmaqda şübhəli bilinərək həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər