Əsas məzmuna keç

Yaponiyanın aviaşirkətləri artan yanacaq xərclərinə görə ödənişləri qaldıracaq

Yaponiyanın aviaşirkətləri artan yanacaq xərclərinə görə ödənişləri qaldıracaq

Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazındakı risklər səbəbindən Yaponiya hava yolu şirkətləri uçuş xərclərini artırmağa hazırlaşır.

en ru

Fevralın 28-də başlayan /İsrail-İran münaqişəsi fonunda boğazında ticarət gəmilərinin hərəkətində yaranan fasilələr və təhlükəsizlik riskləri təyyarə yanacağı başda olmaqla neft məhsullarının qiymətinə ciddi təsir edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Kyodo News" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Yaponiyanın "ANA" və "JAL" aviaşirkətləri artan xərclər səbəbindən iyun ayından etibarən beynəlxalq uçuşlar üçün əlavə ödənişləri artırmağı planlaşdırır.

İyun-iyul aylarında Şimali Amerika və Avropa istiqamətlərində gözlənilən artımlar aşağıdakı kimidir:

  • "ANA" şirkəti üzrə yanacaq ödənişi 346 dollara (55 min yen) çatdırılacaq.
  • "JAL" şirkəti üzrə isə bu məbləğ 315 dollar (50 min yen) təşkil edəcək.

Dünyanın ən böyük aviaşirkətlərindən biri olan "United Airlines" şirkətinin baş icraçı direktoru Skott Kirbi bildirib ki, artan xərcləri qarşılamaq üçün 20 faiz bahalaşmalıdır.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusu Hörmüz boğazını ABŞ, İsrail və onların müttəfiqlərinə aid gəmilərin üzünə bağlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…