Operativ Məlumat Mərkəzi

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb - YENİLƏNİB
bu barədə Kyodo agentliyi məlumat yayıb. Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İşikavada...

Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.

***

Yaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələlər nəticəsində İşikava prefekturasında azı 4 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

Daha əvvəl dağılmış yaşayış binalarının dağıntıları altında iki nəfərin ölü vəziyyətdə tapıldığı bildirilirdi. İşikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər