Əsas məzmuna keç

Yaponiyada telefonlardan daha az istifadə edəcəklər

Yaponiyada telefonlardan daha az istifadə edəcəklər

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, bu qərar şəhər sakinlərinin texnologiyadan istifadə vərdişlərini tənzimləmək məqsədilə qəbul...

Yaponiyada Toyoake Bələdiyyəsi iş və məktəb saatlarından sonra ağıllı telefonlar və video oyun konsolları da daxil olmaqla rəqəmsal cihazların istifadəsinin gündə 2 saatla məhdudlaşdırılmasını tövsiyə edən bir təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qərar şəhər sakinlərinin texnologiyadan istifadə vərdişlərini tənzimləmək məqsədilə qəbul olunub.

Bələdiyyə başçısı Kouki Masafumi şəhər məclisində təsdiqlənmiş bu qaydanın Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin sağlam ilə bağlı təlimatlarına əsaslandığını və həftə içi günlərində rəqəmsal cihazlardan orta istifadənin gündə 2 saatla məhdudlaşdırıldığını bildirib.

Qaydada vurğulanır ki, 18 yaşdan aşağı uşaqların fiziki və zehni inkişafı üçün kifayət qədər yuxu çox vacibdir. Bu səbəblə də ibtidai sinif şagirdlərinə saat 21:00-dan sonra, və daha yuxarı yaş qruplarına isə saat 22:00-dan sonra ağıllı telefon istifadə etməməyi tövsiyə edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…