Yaponiya özünümüdafiə qüvvələrinə məxsus helikopter Oita prefekturasında qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, yerli yanğınsöndürmə idarəsinə bununla bağlı müvafiq məlumat daxil olub.
Eyni zamanda, regional televiziya yerli sakinlər arasında itkilərin olmadığını bildirib.