Yaponiyanın qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin episentri Sikoku adasındakı Ehimenin şimal-qərbi olub.
Yeraltı təkanlardan sonra zərərçəkənlər və ya dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.