Yaponiya hökuməti Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya mühüm malların ixracına qoyulan qadağanı genişləndirəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Yaponiyanın Nazirlər Kabinetinin baş katibinin müavini Seiji Kihara Yaponiya hökumətinin Rusiyaya qarşı əlavə sanksiyalar hazırladığını bildirib.
Onun sözlərinə görə, Yaponiya 100-ə yaxın adamın aktivlərini dondurmağa hazırlaşır.