İsrailin işğal etdiyi Fələstin torpaqlarında tətbiq etdiyi təcrübələrin hüquqi nəticələrinin müzakirə edildiyi Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Yaponiya torpaqların işğal yolu ilə ilhaqının beynəlxalq hüquqa zidd olduğunu və beynəlxalq hüquq normalarının da tətbiq olunduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi -OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Yaponiya XİN nümayəndəsi Mikanagi Tomohiro Yaponiyanın “iki dövlətli həlli” dəstəklədiyini bildirib.
İşğal yolu ilə torpaqların ilhaqının beynəlxalq hüquqa zidd olduğunu bildirən Mikanaqi beynəlxalq hüquq normalarının işğal olunmuş Fələstin torpaqlarına da şamil edildiyini qeyd edib.