Əsas məzmuna keç

Yaponiya Azərbaycan neftini almağa başlayır

Yaponiya Azərbaycan neftini almağa başlayır

Tokio regiondakı gərginlik fonunda enerji resurslarını şaxələndirir. SOCAR-dan tədarük ediləcək xammalın həcmi və BTC kəməri ilə bağlı mühüm qərarın təfərrüatı:

en ru

Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə neftinin partiyasını alacaq.

“Operativ Məlumat Mərkəzi-OMM”-in Reuters-ə istinadən verdiyi məlumata görə, ilə tanker artıq çərşənbə axşamı Yokohama limanına çatmalıdır.

Bu, Hörmüz boğazı vasitəsilə tədarüklərdəki fasilələr fonunda baş verəcək.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük Yaponiyanın Eneos şirkəti üçün nəzərdə tutulub.

Nazirliyin böhranın idarə edilməsi üzrə baş direktorun müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya ilk neft tədarükdür.

Fevralın sonunda İrana qarşı Amerika-İsrail hərbi kampaniyası başlamazdan əvvəl Yaponiyanın neft idxalının təxminən 95%-i Yaxın Şərq ölkələrinin payına düşürdü.

Lakin Hörmüz boğazından gəmiçiliyin bloklanmasından sonra Tokio alternativ mənbələri axtarmağa məcbur olub.

Nəşr həmçinin qeyd edir ki, Yaponiyanın neft emalı zavodları tarixən Yaxın Şərq neftinin emalına yönəlib, lakin ölkə artıq idxalı şaxələndirməyə başlayıb.

Azərbaycandan başqa, Yaponiya ABŞ-dən neft alışlarını artırıb, həmçinin sanksiya istisnası tətbiq olunan Rusiyanın "Saxalin-2" layihəsindən xammal idxal edib.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Yaponiya neftinin idxalını faktiki olaraq dayandırıb və Moskvaya qarşı sanksiyalara qoşulub.

Yaxın Şərqdən tədarük kəsirini kompensasiya etmək üçün Tokio həmçinin strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.

8 may tarixinə olan məlumata görə, Yaponiyada neft ehtiyatları daxili istehlakın 205 gününü əhatə edirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…