Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

YAP İranın dron hücumunu pislədi

2 dəq
Paylaş:
YAP İranın dron hücumunu pislədi

İranın Naxçıvana dron hücumu iki ölkənin münasibətlərinin ruhuna və hüquq normalarına zidd olan xain təxribat cəhdidir, regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yeni Partiyası (YAP) rəsmi məlumat yayıb.

Qeyd edilib ki, martın 5-də İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, YAP üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub.

Partiyanın bəyanatında vurğulanır: "Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq olub. Azərbaycanın bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda etibarlı və çoxşaxəli kontekstində etimad quruculuğuna hədəflənib".

Bəyanatda həmçinin qeyd olunur ki, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almağa qadirdir.

Partiya İranın bu hücum aktını qətiyyətlə pislədiyini bəyan edib: “Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik!”

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax