Əsas məzmuna keç

Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA - 14.06.2025

Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA - 14.06.2025

Faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə  verilən xəbərə görə, iyunun 14-ü saat 9:00-a olan...


açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, iyunun 14-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında yağıntılı və küləkli müşahidə olunub.

Düşən yağıntının miqdarı Şəkidə 22, Ağstafa və Zaqatalada 21, Sarıbaşda (Qax) 14, Şəmkirdə 9, Bərdədə 6, Balakəndə 5, Gəncə, Goranboy, Tovuz və Gədəbəydə 4, Daşkəsən və Göygöldə 2, Mingəçevir, Yevlax, , Ceyrançöl, Naftalan, , Ordubad və Qəbələdə 1 mm-dir.

İyunun 13-də 20:50 radələrində Ağstafa rayonunun Köçəsgər kəndinə xırda dolu düşüb.

Bəzi yerlərdə qərb küləyi əsir, Şəkidə 25, Naftalanda 22, Balakən, Oğuz, Xınalıqda 20, Tərtər, Mingəçevirdə 18, Culfada 16, Zaqatalada 15 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 28, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınır.

Hava proqnozu

13° Bakıda indiAz buludlu
  1. Bu gün Günəşli 16° 13°
  2. Sabah Az buludlu 14° 12° yağış 64%
  3. Birisi gün Çiskin 14° 11° yağış 82%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…