Ermənilərin mina terroru nəticəsində həlak olan Seymur Mahmudov dəfn olunub - YENİLƏNİB-2

Ermənilərin mina terroru nəticəsində həlak olan Seymur Mahmudov dəfn olunub - YENİLƏNİB-2
20.09.2023 10:45
Aa
dəq

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Seymur Mahmudov dəfn edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, S.Mahmudovun qəbrinə tər güllər düzülüb.

09:54***

Erməni terroru nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi başa çatıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhumun cənazəsi Binəqədidə yerləşən Şəhidlər xiyabanına aparılır.

09:50***

Xocavənd rayonunda minaya düşərək şəhid olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbə sakini polis serjantı Mahmudov Seymur Elsəvər oğlu sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub.

S. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu