Operativ Məlumat Mərkəzi

Xocavənddə 2 ton çətənə məhv edilib - FOTO

1 dəq
Paylaş:
Xocavənddə 2 ton çətənə məhv edilib - FOTO
Xocavənddə 2 ton çətənə məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  "Operativ Məlumat Mərkəzi-OMM"-ə  verilən...

Xocavənddə 2 ton çətənə məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şexer kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 128 kiloqram olan 3272 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər