Əsas məzmuna keç

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb - 05.08.2025

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb - 05.08.2025

Xocalı rayonunun Xanyurdu kəndi ərazisində avqustun 4-də yanğın hadisəsi törədən şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Xocalı rayonunun Xanyurdu kəndi ərazisində avqustun 4-də yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Abdulxalıqovun ərazidə tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…