Əsas məzmuna keç

Xocalıda "Qarabağ Tekstil Evi" MMC-nin açılışı olub

Xocalıda "Qarabağ Tekstil Evi" MMC-nin açılışı olub

Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə tanış olub, istehsal prosesi və yaradılan iş yerləri barədə məlumatlandırılıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində fəaliyyətə başlayan " Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və müəssisənin təsisçisi Rizvan Təhməzov dövlət başçısına istehsal sahəsi haqqında ətraflı məlumat veriblər.

Müəssisədə və texnologiyaları tətbiq olunub. İllik istehsal gücü 1,4 milyon ədəd tekstil məhsulu təşkil edən fabrikdə ilkin mərhələdə yataq dəstləri, çarpayı və divan örtükləri, dəsmallar kimi ev tekstili məhsulları hazırlanacaq. Xammal təchizatı həm daxili bazar, həm də Türkiyə, Özbəkistan və Çindən edilən idxal hesabına həyata keçiriləcək. İstehsal olunan məhsulların daxili tələbatı ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.

Məşğulluq və gələcək planlar:

  • Hazırda müəssisədə 85 nəfər daimi işlə təmin olunub; işçilərin əksəriyyəti işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonların sakinləridir.
  • Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə 40 nəfər Xocalı və Ağdam sakini üçün 2 aylıq peşə təlimləri təşkil olunur; təlimi uğurla bitirənlər işlə təmin ediləcək.
  • Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması və geyim istehsalının təşkili planlaşdırılır.
  • Qeyd edək ki, şirkətin Xankəndi şəhərindəki tikiş fabrikində hazırda 60 nəfər çalışır.

Layihənin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Bunun 3,2 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli krediti, 1 milyon manatı isə özəl investisiya hesabına formalaşıb. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan vergi, gömrük və sosial güzəştlərdən yararlanır. Bu istehsal sahəsinin istifadəyə verilməsi regionda iqtisadi fəallığın artırılmasına, idxaldan asılılığın azaldılmasına və yerli məşğulluğun təmin olunmasına mühüm töhfə verəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…