Xocalı soyqırımı qurbanları Monreal şəhərində də yad edilib

Xocalı soyqırımı qurbanları Monreal şəhərində də yad edilib
27.02.2024 20:28
Aa
dəq

Kanadanın Monreal şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, Monreal şəhərində fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Xocalı soyqırımı haqqında tarixi faktlar, soyqırımının başvermə səbəbləri, xalqımız üçün ağır nəticələri haqqında ətraflı məlumat verilib. Tariximizə qanlı hərflərlə yazılan bu qara səhifənin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Anım mərasimində xarici ölkələrdə yaşayan azərbaycanlıların bir yumruq ətrafında sıx birləşərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam edəcəyi bildirilib.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu