Operativ Məlumat Mərkəzi

Xızıda 11 otaqlı ev yanıb

1 dəq
Paylaş:
Xızıda 11 otaqlı ev yanıb
Xızı rayonunda ikimərtəbəli 11 otaqlı ev yanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən...

Xızı rayonunda ikimərtəbəli 11 otaqlı ev yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xızı rayonunun Yarımca kəndində ümumi sahəsi 216 m² olan ikimərtəbəli 11 otaqlı evin yanar konstruksiyaları, birinci və ikinci mərtəbələrdə otaqlara yığılan 6 ton ot bağlamasının 5,5 tonu və kisələrə yığılan 1 ton arpa yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər