Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib

Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib
25.09.2023 14:51
Aa
dəq

Quba rayonunun Xınalıq kəndində qonaq evi yaradıb turistlərə xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində baş tutub.

Xatırladaq ki, sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir. Sentyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı"nın qurumun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub.

Həftənin ən çox oxunanları

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
DAVAMIN OXU davamın oxu

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb
DAVAMIN OXU davamın oxu

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
DAVAMIN OXU davamın oxu

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
DAVAMIN OXU davamın oxu