Operativ Məlumat Mərkəzi

XİN: Üçrəngli bayrağımız bu gün şanlı Qələbəmizin simvoluna çevrilib

1 dəq
Paylaş:
XİN: Üçrəngli bayrağımız bu gün şanlı Qələbəmizin simvoluna çevrilib
bu barədə 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında qeyd edilib. "Yaşasın Azərbaycan!", -...

"Xalqımızın, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində bu gün şanlı Qələbəmizin simvoluna çevrilib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında qeyd edilib.

"Yaşasın Azərbaycan!", - paylaşımda bildirilib.

Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan dövləti və xalqını təbrik edib.

"9 noyabr tarixində, şanlı və müzəffər dövlətimizin rəmzi olan üçrəngli dövlət bayrağımızın qəbul edilməsindən 105 il ötür. Şanlı zəfərimizin nişanəsi olan üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!", - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər