XİN Fransanı təxribatlara son qoymağa çağırıb

XİN Fransanı təxribatlara son qoymağa çağırıb
31.03.2023 18:11
Aa
dəq

Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazı bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədrinin açıqlamasına dair "Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi özünü təqdim edən Sergey Kazaryan ilə Yerevanda görüşü zamanı təmsil etdiyi regionun dəstəyi və bayrağı altında Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım konvoyunun Laçın yolundan keçirəcəyini bildirib. Bu fikirləri necə şərh edərdiz?" sualına cavabında deyib.

O bildirib ki, Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq tanınmış qaydalara və normalara uyğun olaraq, Azərbaycanın suveren ərazilərində hər hansı bir humanitar fəaliyyət Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu