XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin son qərarını yanlış şərh etməsi mənasız cəhddir”

XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin son qərarını yanlış şərh etməsi mənasız cəhddir”
07.07.2023 16:10
Aa
dəq

“Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı rəsmi İrəvanın vəsatətini rədd etməsinə dair bəyanatında bildirilib.

Qeyd olunub ki, iyulun 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd edərək, Ermənistanın Azərbaycana qarşı işində məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı tələbini rədd edib.

“Erməmistanın Laçın sərhəd-keçid məntəqisinin ləğvi ilə bağlı iddiaları əsassızdır. Biz Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən qərarını alqışlayırıq və Ermənistanın keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbinin əsassız olduğunu bildiririk. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi mənasız cəhddən başqa bir şey deyil”, - nazirliyin bəyanatında vurğulanıb.

Bildirilib ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi yaratmaq qərarı ölkənin suveren hüquqlarına daxildir: “Bu, ərazimizə qeyri-qanuni olaraq silah, hərbi texnika göndərilməsinin dayandırılması zərurətindən irəli gəlirdi. Bundan başqa, sərhəd-keçid məntəqəsi yaradılandan bəri etnik erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi, heç bir ayrı-seçkilik olmadan məntəqədən keçirlər. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin tələblərini və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə davam edir”.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu