Əsas məzmuna keç

Xəzər dənizində ekoloji monitorinqlərə başlanılıb

Xəzər dənizində ekoloji monitorinqlərə başlanılıb

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizinin Azərbaycan bölməsində növbəti kompleks ekoloji...

Azərbaycanın Milli Qəhrəmanı Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi dənizinin bölməsində növbəti ekoloji monitorinqlərin aparılması üçün bu gün, aprelin 4-də yenidən dənizə çıxıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən aprel ayının 14-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər keçiriləcək:

“Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…