Əsas məzmuna keç

Slovakiyanın Baş nazirinin əməliyyatı beş saat çəkib

Slovakiyanın Baş nazirinin əməliyyatı beş saat çəkib

Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı yaralar alıb və beş saat ərzində əməliyyat olunub. Bu barədə xəstəxananın direktoru Miriam Lapunikova...

Slovakiyanın Baş naziri çoxsaylı yaralar alıb və beş saat ərzində əməliyyat olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə xəstəxananın direktoru Miriam Lapunikova bildirib.

Onun sözlərinə görə, hələ də reanimasiya şöbəsindədir.

Xatırladaq ki, ötən gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs tərəfindən tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…