Dünən “Barselona” səfərdə “Espanyol”u darmadağın edərək (4:2) vaxtından əvvəl çempion olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Barselona"nın baş məşqçisi Xavi Hernandes üçün bu, 9-cu İspaniya çempionluğu və məşqçi kimi ilk titulu olub.
Klub tarixində həm oyunçu, həm də məşqçi kimi cəmi beş nəfər çempion olub: Xosep Samitier, Yohan Kroyff, Xosep Qvardiola, Luis Enrike və Xavi Ernandes.