Operativ Məlumat Mərkəzi

Xankəndidən daha 25 avtomat, pulemyot, 11 qumbara aşkarlanıb

1 dəq
Paylaş:
Xankəndidən daha 25 avtomat, pulemyot, 11 qumbara aşkarlanıb
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, tapança və qumbaralar tapıblar. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, tapança və qumbaralar tapıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər