Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xankəndidə seçici fəallığı müşahidə olunur

1 dəq
Paylaş:
Xankəndidə seçici fəallığı müşahidə olunur

Xankəndi şəhərində davam edən prosesində seçici fəallığı müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 122 saylı seçki dairəsinin şəhərdə 14 və 15 saylı məntəqələrində səsvermə hüququndan aktiv şəkildə istifadə edirlər.

Səsvermə prosesində Xankəndi şəhər sakinləri və ərazidə həyata keçirilən bərpa-yenidənqurma işlərində vətəndaşların fəallığı müşahidə olunur.

Qeyd edək ki, növbədənkənar seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax