Xankəndi, Xocalı, Laçın və Kəlbəcərdə külli miqdarda silah-sursat tapılıb

Xankəndi, Xocalı, Laçın və Kəlbəcərdə külli miqdarda silah-sursat tapılıb
29.06.2024 10:30
Aa
dəq

İyunun 22-28-də Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb.

Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən isə 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron tapılıb.

Həmçinin, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Laçın rayonu ərazisindən isə 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Həftənin ən çox oxunanları

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun zabiti ağciyər çatışmazlığından vəfat edib

Azərbaycan Ordusunun zabiti ağciyər çatışmazlığından vəfat edib
DAVAMIN OXU davamın oxu

Yasamal rayonunda ağacların kəsilməsi faktı aşkarlanıb

Yasamal rayonunda ağacların kəsilməsi faktı aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib
DAVAMIN OXU davamın oxu

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür
DAVAMIN OXU davamın oxu