Operativ Məlumat Mərkəzi

Xankəndi Laçın yolunda maneəsiz hərəkət davam edir-YENİLƏNİB

2 dəq
Paylaş:
Xankəndi Laçın yolunda maneəsiz hərəkət davam edir-YENİLƏNİB
toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın...

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 21-ə çatıb.

09:59***

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

'Operativ Məlumat Mərkəzi - OMM ' xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus altı avtomobil və Rusiya sülhməramlılarına məxsus bir təminat avtomobili ərazidən maneəsiz keçib.

Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 64 gündür davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər