Operativ Məlumat Mərkəzi

Xan Yunis şəhərinə zərbələr endirilib

1 dəq
Paylaş:
Xan Yunis şəhərinə zərbələr endirilib
müdafiə qüvvələri həmçinin, Qəzza ilə Misir arasında yerləşən HƏMAS-a məxsus hərbi infrastrukturu hədəf alıb. İsrail tərəfi terrorçuları Qəzza zolağına...

İsrail ordusunun Xan Yunis şəhərinə son hücumu nəticəsində həlak olanların sayı 33-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə qüvvələri həmçinin, Qəzza ilə Misir arasında yerləşən HƏMAS-a məxsus hərbi infrastrukturu hədəf alıb.

İsrail tərəfi terrorçuları Qəzza zolağına humanitar yardım daxil olmasına icazə verən yeganə keçid olan Rəfah qapısı vasitəsilə silah daşımaqda ittiham edib. Hazırda Qəzzanın cənubu intensiv olaraq raket atəşinə tutulur.

Əməliyyatlar zamanı daha 1 israilli hərbçi həlak olub. Bununla da, İsrail ordusunun Həmasla müharibədə ümumi itkilərinin sayı 450-a yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər