Əsas məzmuna keç

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib

hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Xalq və arasında əlbəyaxa dava olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…