Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davosda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İranın İrəvandakı Səfirliyi yayıb.
Dünya İqtisadi Forumu çərçivəsində baş tutan görüş zamanı tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.