Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13: Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf dövrü başlayır

2 dəq
Paylaş:
WUF13: Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf dövrü başlayır

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasəti dayanıqlı , yaşıl enerji və iqtisadi inteqrasiyanın əsas istiqamətlərindən birinə çevrilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycandakı milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional : şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, və Şərqi Zəngəzur regionunun ümumi yaşıl enerji potensialı təxminən 10 giqavat həcmində qiymətləndirilir. Hazırda ümumi gücü 300 meqavatdan artıq olan hidroelektrik stansiyalar artıq fəaliyyət göstərir. Eyni zamanda, ümumi gücü 340 meqavat təşkil edən üç Günəş elektrik stansiyasının tikintisi davam edir. Su ehtiyatlarının səmərəli idarə olunması regional inkişaf və ölkənin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

“Hazırlanan strateji plan çərçivəsində ümumi tutumu 860 milyon kubmetrdən artıq olan doqquz su anbarının yaradılması nəzərdə tutulur. Bu layihələr kənd təsərrüfatının inkişafı və suvarma imkanlarının genişləndirilməsi üçün mühüm potensial formalaşdıracaq. Həmin resurslar ölkə üzrə 600 min hektardan çox əkin sahəsinin su təminatına dəstək verəcək.

Ağdam və Cəbrayılda ümumi sahəsi 400 hektar olan iki sənaye parkı yaradılıb. Hazırda burada 50-dən çox rezident şirkət fəaliyyət göstərir və ya müxtəlif layihələrin icrasını həyata keçirir”, – deyə komitə sədri diqqətə çatdırıb.

Anar Quliyev bildirib ki, sənaye parklarında həyata keçirilən layihələrin ümumi investisiya həcmi 282 milyon ABŞ dollarını ötüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax