Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13 üçün 182 ölkədən 40 min iştirakçı qeydiyyatdan keçib

1 dəq
Paylaş:
WUF13 üçün 182 ölkədən 40 min iştirakçı qeydiyyatdan keçib

Bu günədək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına () 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə WUF13 Şirkəti məlumat yayıb.

"Bu güclü reaksiya WUF13 ətrafında artan marağı, həmçinin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılmasına yönəlmiş ortaq öhdəliyi əks etdirir. Bakı dünyanı qarşılamağa hazırdır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində təcrübə mübadiləsinə yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax