Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yunanıstanda meşə yanğınları: 300 min hektardan çox ərazi külə döndü

3 dəq
Paylaş:
Yunanıstanda meşə yanğınları: 300 min hektardan çox ərazi külə döndü

Yunanıstanda 2026-cı ilin yayında baş verən ölkədə ciddi fəsadlara səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, istilər, quraqlıq və güclü küləklərin müşayiət etdiyi yanğınlar nəticəsində ölkə üzrə 300 min hektardan çox meşəlik ərazinin məhv olduğu bildirilir.

Xüsusilə paytaxt Afinanı əhatə edən Attika bölgəsində vəziyyət daha ağırdır. 2018-ci ildən etibarən regiondakı meşə örtüyünün 42 faizinin, yəni 480 min hektardan çox ərazinin yanğınlardan zərər çəkdiyi qeyd olunur.

Mütəxəssislərin “meqa yanğın” adlandırdığı və iyulun 31-də Viotiyada başlayan yanğın Porto Germeno, Psatha və Alepohori kimi sahil yaşayış məntəqələrinə qədər yayılıb. Nəticədə təxminən 110 min hektar yanaraq məhv olub.

Meşə ekologiyası üzrə mütəxəssis Pilisin sözlərinə görə, xüsusilə Halep şamı meşələrinin məhv olması ərazinin təbii yolla bərpasını çətinləşdirir.

Onun fikrincə, yanmış ərazilərin əvvəlki vəziyyətinə qayıtması uzun illər tələb edə bilər. Növbəti 10-15 il ərzində ərazidə təkrar yanğınların baş verməməsi halında müxtəlif ağac və kol bitkilərindən ibarət yeni ekosistemin formalaşması mümkündür.

Yanğınların fəsadları yalnız meşə örtüyünün məhv olması ilə məhdudlaşmır. Heyvanların yaşayış mühiti, su mənbələri və insan sağlamlığı da ciddi təhlükə altındadır.

Yanğından sonra bitki örtüyündən məhrum olan torpaqlar quraqlıq və güclü küləklər zamanı daha çox toz yaradır. Bu isə bölgədə uzunmüddətli tənəffüs problemləri riskini artırır.

Mütəxəssislər yanğınlarla mübarizədə yalnız yanğınsöndürmə texnikasının gücləndirilməsinin kifayət etmədiyini bildirirlər. Onların fikrincə, meşələrin təmizlənməsi, erkən xəbərdarlıq sistemlərinin qurulması, dronlar, sensorlar və texnologiyalarından istifadə də vacibdir.

Yanğınların bir qisminin insan səhlənkarlığı və ya qəsdən törədilməsi ehtimalı da araşdırılır. Bununla bağlı müxtəlif bölgələrdə bir sıra şəxslərin saxlanıldığı bildirilir. Eyni zamanda, külək enerjisi stansiyaları və elektrik xətlərinin yanğınların yaranmasında rolunun olub-olmaması araşdırılır.

Yanğınlar insan tələfatına da səbəb olub. Krit adası, Mora yarımadası və Attika da daxil olmaqla müxtəlif bölgələrdə baş verən hadisələr nəticəsində yanğınsöndürənlər və mülki şəxslər daxil olmaqla 10-dan çox insanın həyatını itirdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Xəbəri sonuncu öyrənməyin

Aktual — pulsuz xəbər bildirişi

Yüklə