Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ağ Ev: Vatikanın Qəzza sülh şurasından imtinası təəssüf doğurur

2 dəq
Paylaş:
Ağ Ev: Vatikanın Qəzza sülh şurasından imtinası təəssüf doğurur

"Vaşinqton administrasiyası Vatikanın Qəzza zolağındakı vəziyyəti həll etmək üçün yaradılan Sülh Şurasında iştirak etməkdən imtina etməsindən təəssüflənir".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Ağ Evin katibi Kerolin deyib.

"Düşünürəm ki, bu, çox doğurur. Əlbəttə ki, administrasiya Sülh Şurasına dəvət olunmuş hər kəsin iştirakını istəyir. Bu, onlarla ölkədən ibarət qanuni bir təşkilatdır. Və biz bu qərarın təəssüf doğurduğuna inanırıq. Prezidentin Qəzza zolağının yenidən qurulması üçün çox cəsarətli və iddialı bir planı və vizyonu var", - deyə o, Taxt-Tacın qərarını şərh edərkən bildirib.

Levitt həmçinin sülhün bərqərar olması və qorunması ilə bağlı məsələləri siyasiləşdirməyə ehtiyac olmadığını bildirib.

Xatırladaq ki, Müqəddəs Taxt-tacın qərarını Vatikan Kardinal Pietro Parolin açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax