Əsas məzmuna keç

"Whatsapp" kimlərdə bloklanacaq?

"Whatsapp" kimlərdə bloklanacaq?

həmin hesabların blok olunmasının əsas səbəbi "Whatsapp Plus"dur. Qeyri-rəsmi mobil proqramdan istifadə hesablarınızın bloklanmasına səbəb olur. Alexmods...

Son günlər sosial şəbəkələrdə "" hesablarının bloklanması ilə bağlı məlumatlar paylaşırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin hesabların blok olunmasının əsas səbəbi "Whatsapp "dur. Qeyri-rəsmi mobil proqramdan istifadə hesablarınızın bloklanmasına səbəb olur.

Alexmods tərəfindən hazırlanmış və nəşr olunan "WhatsApp Plus" tətbiqi rəsmi "WhatsApp" tətbiqində olmayan funksiyaları təmin etməklə istifadəçilərinə fərqli "WhatsApp" təcrübəsi təqdim edən qeyri-rəsmi mobil proqramdır. "WhatsApp Plus" rəsmi mobil olmadığı üçün onu proqram mağazalarında tapa bilməzsiniz. Siz onu "APK" ( Android Proqram Arxivi ) olaraq yükləməli və manual olaraq quraşdırmalısınız.

"WhatsApp Plus"un istidadəçilər üçün zərərləri hansılardır?

1) "WhatsApp" hesabınızı itirə bilərsiniz;

2) Mesajlarınızın məxfiliyi təhlükə altına düşür;

3) Cihazınız zərərli proqramlara yoluxa bilər;

4) Rəsmi mənbədən yeniləmələri qəbul etmir;

5) Cihazınızı reklamlarla doldura bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…