Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranda su böhranı: Tehran və Məşhəddə vəziyyət gərginləşir

2 dəq
Paylaş:
İranda su böhranı: Tehran və Məşhəddə vəziyyət gərginləşir

İranın şəhərləri, o cümlədən və Məşhəd yağışlara baxmayaraq hələ də ciddi su çatışmazlığı ilə üzləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli məlumat verib.

Bildirilib ki, son yağıntılar bəzi ərazilərdə vəziyyəti qismən yaxşılaşdırsa da, ölkənin bir çox bölgəsində su qıtlığı problemi davam edir.

Mütəxəssislərin sözlərinə görə, İran uzunmüddətli və su ehtiyatlarının azalması səbəbindən ciddi böhran yaşayır. Paytaxt Tehranda su anbarlarının səviyyəsi kritik həddə düşüb və bəzi hallarda kəskin şəkildə azalıb.

Eyni zamanda, Məşhəddə vəziyyət daha ağır qiymətləndirilir – şəhəri təmin edən su anbarlarında ehtiyatların bəzi hallarda 3 faizdən də aşağı düşdüyü bildirilir.

Rəsmilər qeyd edir ki, ölkənin bir sıra bölgələrində suyun normallaşması üçün yalnız yağış kifayət etmir və istehlakın azaldılması ilə yanaşı, uzunmüddətli idarəetmə tədbirləri də zəruridir.

Ekspertlər xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə, su qıtlığı yaxın aylarda daha da dərinləşə və məhdudiyyətlərə səbəb ola bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax