Əsas məzmuna keç

“Luna-25” avtomatik stansiyası ilə əlaqə kəsilib

“Luna-25” avtomatik stansiyası ilə əlaqə kəsilib

Rusiyanın “Luna-25” stansiyası Ayın səthi ilə toqquşaraq, fəaliyyətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, stansiya “Soyuz-2.1b” daşıyıcısı ilə avqustun 11-də orbitə çıxarılmışdı. Avqustun 16-da stansiya Ay ətrafındakı orbitə çıxıb, 21-də isə Ayın səthinə enməli idi.

“Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…